Bakıda daş karxanasında çalışan 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə zamanı həlak olan şəxsin Cəlilabad rayonunda yaşayan 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev olduğu müəyyən edilib. O, iş yerində mişardan aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib.
Hadisənin baş vermə səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq qurumlar tərəfindən araşdırma aparılır.