Bakıda köhnə, istifadə olunmayan tikilidə yanğın başlayıb. Hadisə Nəsimi metrostansiyasının yaxınlığında yerləşən və əvvəl fabrik kimi fəaliyyət göstərən binada qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələri hadisə yerinə cəlb olunub və alovun söndürülməsi üzrə işlər aparılıb. Yanğının nə səbəbdən baş verdiyi barədə hələlik məlumat yoxdur.
Eyni zamanda Nazirliyinin "112" qaynar telefon xəttinə Binəqədi rayonunda istifadə olunmayan tikilidə yanğın barədə məlumat daxil olub. Bildirilib ki, dərhal Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri hadisə yerinə yönəldilib.
Fövqəladə hallar üzrə aparılan əməliyyat nəticəsində alov tamamilə söndürülüb. Hadisəyə 14 texnika və 66 nəfər şəxsi heyət cəlb edilib.