Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə Zahid Xəlilov küçəsində, metronun “Elmlər” stansiyasının yaxınlığında baş verib. Ərazidə fəaliyyət göstərən market şəbəkəsinin kuryerləri arasında əvvəlcə mübahisə yaranıb.
Münaqişə davaya keçib və nəticədə kuryerlərdən biri digərini bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanaraq müvafiq şöbəyə aparılıb.
Sakinlər bildirirlər ki, həmin ərazidə kuryerlər arasında münaqişələr və davalar tez-tez baş verir və onlar bu barədə bir neçə dəfə aidiyyəti qurumlara və market rəhbərliyinə məlumat vermişlər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.