Bakıda evdən qadın meyiti çıxarılıb.
Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 77 yaşlı Münəvvər Yəhya qızı Babayevanın cəsədi yaşadığı mənzildə tapılıb.
Məlumata görə, mərhumənin ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.
Qeyd olunur ki, Münəvvər Babayeva aparıcı Kamilə Babayevanın anasıdır.