Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, paytaxtın iki küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Avqustun 18-dən etibarən Yasamal rayonu üzrə Zahid Xəlilov küçəsinin Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə qədər olan hissəsi saat 08:00-dan başlayaraq nəqliyyat üçün bağlanacaq.

Eyni tarixdə Nərimanov rayonunda Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan hissəsində isə hərəkət saat 20:00-dan etibarən məhdudlaşdırılacaq.

Qeyd olunan məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə qalacaq.

Sürücülərdən həmin vaxt ərzində alternativ hərəkət marşrutlarından istifadə etmələri və aparılan işlərə anlayış göstərmələri xahiş olunur.