“Bank Avrasiya” ASC “Klassik” adlı manat əmanət məhsulu üzrə tətbiq etdiyi faiz dərəcələrini bir neçə bəndlə aşağı salıb.
Bankın yenilənmiş şərtlərinə görə, əvvəllər maksimum 12% olan illik faiz 10,5% səviyyəsinə endirilib ki, bu da gəlirliliyin 1,5 faiz bəndi azalması deməkdir.
Yeni təklifdə 12 aylıq manat depozitində faizlərin aylıq ödənilməsi zamanı illik dərəcə 9%, müddətin sonunda ödənilməsi zamanı isə 9,75% müəyyən edilib. 18 aylıq əmanətlər üçün müvafiq göstəricilər 9,75% və 10%, 24 aylıq depozitlərdə isə 10% və 10,5% təşkil edir.
Müqayisə məqsədilə, 2026-cı ilin may ayında “Klassik” əmanət üçün 12 aylıq depozitlərə aylıq ödəniş zamanı 10,75%, müddətin sonunda 11% faiz təklif olunurdu. 18 aylıq müddətdə həmin göstəricilər 11,25% və 11,5%, 24 aylıq depozitlərdə isə 11,75% və 12% idi.
Beləliklə, bank bütün müddətlər üzrə manat əmanətlərinin faizlərini endirib: 12 aylıq depozitdə aylıq ödəniş üzrə faiz 1,75 faiz bəndi, müddətin sonunda ödəniş üzrə 1,25 faiz bəndi aşağı düşüb. 18 aylıq əmanətlərdə hər iki ödəmə növü üzrə azalma 1,5 faiz bəndi, 24 aylıq depozitdə isə aylıq ödəniş üzrə 1,75 və müddətin sonunda ödəniş üzrə 1,5 faiz bəndi təşkil edib.
Qeyd edək ki, Bank Avrasiya 2007-ci ildə təsis edilib. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Səhmlərin 49,5%-i Azbizneskom MMC-yə, 49,5%-i Top Properties MMC-yə, 1%-i isə Rüstəm Eynullayevə məxsusdur.