Baş prokuror Kamran Əliyev Quba rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulunu keçirib.

Qəbula Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan şəxslər qatılıb.

Qəbul zamanı ümumilikdə 31 vətəndaşın müraciəti dinlənilib. Onların əsas tələbləri arasında konkret cinayət işlərinin istintaqının aparılması, istintaq zamanı yol verilmiş qanun pozuntularının araşdırılması və məhkəmələrdə dövlət ittihamının müdafiəsi ilə bağlı məsələlər olub.

Həmçinin qəbulda mülki xarakterli mübahisələr və sosial problemlərə aid şikayətlərə baxılıb. Qaldırılmış məsələlərin prokurorluq və ya aidiyyəti icra orqanları tərəfindən operativ həlli üçün müvafiq göstərişlər verilib.