2021-ci ildə Prezident təqaüdçüləri seçilmiş Ruslan Murtuzov və Arzu Məmmədova ailə həyatı qururlar.

Gənclərin nigah münasibətinə dair məlumat paylaşılıb. Hər iki tərəfin təhsili və uğurları barədə məlumat verilib.

Məlumatda bildirilir ki, onlar Sumqayıtda yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və İstedad liseyinin məzunudurlar və bu il Bakı Ali Neft Məktəbini (BANM) bitiriblər.

Qeyd olunur ki, Ruslan Murtuzov ali məktəblərə qəbul imtahanlarında 691,3 bal, Arzu Məmmədova isə 691,1 bal toplayıb.