Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri İrandan atıldığı qeyd olunan iki ballistik raketi müəyyən edib.
Nazirlik məlumatında bildirilib ki, raketlərdən biri ölkənin ərazi sularının xaricinə düşüb, digəri isə ərazi sularına enib.
BƏƏ Müdafiə Nazirliyi qeyd edib ki, hər hansı təhlükəyə qarşı cavab vermək üçün qüvvələr tam hazırlıq vəziyyətindədir.