Bərdə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. İlk məlumatlara görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hazırda hadisənin başvermə səbəbləri və xəsarət alanların dəqiq sayı araşdırılır və dəqiqləşdirilir.