Xəzər rayonunun Binə qəsəbəsində yerləşən stadionda futbol oynayan gənc oyun zamanı dünyasını dəyişib.

Hadisə dünən saat 21 radələrində qeydə alınıb. Oyun zamanı qəfil vəziyyəti pisləşən şəxsin yardım göstərildiyi bildirilib.

Həyatını itirən şəxsin Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Xəyal Xaliq oğlu İbadov olduğu müəyyən edilib.

İlkin məlumatlara görə, onun ölmə səbəbi ürək çatışmazlığıdır.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.