Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisindən keçən və Kür-1 ilə Kür-2 magistral su xətlərini əlaqələndirən, Aprel Zəfəri küçəsinə su verən diametri 200 mm olan xəttdə qəza baş verib.
Qəza nəticəsində xəttin üzərində yerləşən siyirtmədə texniki nasazlıq müşahidə olunub. Bu vəziyyətin aradan qaldırılması və su təchizatının etibarlı qaydaya gətirilməsi məqsədilə Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb edilib.
Qəza-bərpa işləri çərçivəsində nasazlığın mənbəyinin müəyyənləşdirilməsi, siyirtmənin yenilənməsi və xəttin texniki dayanıqlığının bərpası üzrə təmir-bərpa tədbirləri intensiv şəkildə həyata keçirilib.
Briqada işi sürətləndirmək üçün zəruri texniki tədbirlər görüb və təmir işləri mümkün olan ən qısa müddətdə yekunlaşdırılıb. Qəzalı sahədə görülən işlər nəticəsində xətt üzrə suyun verilişi bərpa edilib.
Qısa müddət ərzində suyun bütün ünvanlara normal və davamlı rejimdə çatdırılması təmin olunacaq.