Bakı şəhərinin Binəqədi rayonunda istifadəsiz vəziyyətdə olan tikilidə yanğın yaranıb.
Hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub və operativ tədbirlər görülüb.
Məlumatda qeyd edilir ki, əraziyə dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri göndərilib.
Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində alovun genişlənməsi qarşısı alınaraq qısa müddətdə hadisə tamamilə söndürülüb.