Qafqazın tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi Bir korporativ süni intellekt (Sİ) strategiyasını Ai4 2026 konfransında təqdim edib.

Tədbir ABŞ-ın Las-Veqas şəhərində keçirilib və 90-dan çox ölkədən 12 mindən artıq iştirakçı, 1000-dən çox spiker və 400 sərgi iştirakçısını bir araya gətirib. 2018-ci ildən keçirilən Ai4 platforması biznes və texnologiya liderlərini süni intellektin real biznes mühitində tətbiqi, generativ Sİ və Sİ agentləri kimi mövzular ətrafında birləşdirir və təşkilatçılar tərəfindən Şimali Amerikanın ən böyük Sİ sənaye tədbiri hesab olunur.

Bir ekosistemini konfransda Data və Sİ idarəsinin baş direktoru Valeh Nəbiyev və Sİ Ofisinin lideri Seymur Şabanlı təmsil ediblər. Valeh Nəbiyev spiker qismində çıxış edərək "Korporativ Sİ əməliyyat sisteminin qurulması: Sİ-nin təşkilati imkana çevrilməsi" mövzusunda yanaşmanı təqdim edib.

Çıxışında Nəbiyev təşkilatlar üçün əsas məsələnin artıq təkcə fərdi Sİ həllərinin yaradılması olmadığını vurğulayıb. O bildirib ki, süni intellektdən real biznes nəticələri əldə etmək üçün data, texnologiya, insanlar və biznes proseslərinin qarşılıqlı əlaqəsi tələb olunur və Sİ həllərinin təşkilat daxilində sürətli və geniş miqyasda tətbiqini təmin edəcək vahid sistemin qurulması vacibdir.

Konfrans çərçivəsində Bir-in nümayəndələri dünyanın müxtəlif ölkələrindən olan Sİ və data liderləri ilə fikir və təcrübə mübadiləsi aparıblar. Ai4 2026 proqramı biznesdə Sİ-nin real tətbiqləri ilə yanaşı "Sİ agentləri", "Generativ Sİ" və "İdarəetmə və məsuliyyətli Sİ" kimi mövzuları da əhatə edib.

Bir-in Ai4 2026-da iştirakı qlobal Sİ trendlərini və tətbiq nümunələrini izləmək, həmçinin ekosistemin korporativ Sİ transformasiyasına dair yanaşmasını beynəlxalq peşəkar ictimaiyyətlə paylaşmaq baxımından əhəmiyyət daşıyır.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə vərdişlərini dəyişən, 2025-ci ildə fəaliyyətə başlayan rəqəmsal ekosistemdir. Sistem Birbank mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini birləşdirir və hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir.

Geniş infrastruktur imkanları və Trendyol Azərbaycan ilə BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar Bir-in ölkənin ən böyük rəqəmsal ekosisteminə çevrilməsinə əsas yaradır.