Birbank sahibkarların maliyyə imkanlarını genişləndirərək Mikro biznes kreditini həm Birbank, həm də Birbank Biznes mobil tətbiqlərindən əldə etməyə imkan yaradıb. Kiçik və orta sahibkarlar indi iki tətbiqdən birini seçərək kredit müraciəti edə bilərlər.

Müraciət prosesi tam rəqəmsal formada həyata keçirilir və 50 000 AZN-dək kredit tam onlayn şəkildə rəsmiləşdirilir. Banka və ya filiallara müraciət etmək, zamin və girov təqdim etmək tələb olunmur, müraciət zamanı sənəd təqdim edilməsi də tələb edilməyəcək.

Kreditlərin dəyərləndirilməsi biznesə baxış keçirilmədən aparılır və bankın mövcud kredit siyasəti ilə risk qiymətləndirməsi əsasında qərar verilir. Kredit sənədləri tətbiq daxilində elektron qaydada imzalanır və müraciət təsdiqləndikdən sonra vəsait sahibkarın hesabına köçürülür.

Mikro biznes kreditindən yararlanmaq üçün sahibkarın VÖEN-i və ya Kapital Bank-da AZN valyutalı sahibkar hesabı olması kifayətdir. Hesabı olmayanlar Birbank Biznes tətbiqi vasitəsilə rahatlıqla hesab aça bilərlər.

Əlavə məlumat üçün bankın xüsusi səhifəsinə daxil olmaq və ya əlaqə kanallarından istifadə etmək mümkündür. Birbank Kapital Bank-ın əmtəə nişanıdır; mobil tətbiqin 3 milyondan çox aktiv istifadəçisi, ölkə üzrə 116 filial, 51 şöbə və 13 Rəqəmsal Mərkəz mövcuddur. Birbankın məhsul və xidmətləri barədə ətraflı məlumat üçün birbank.az, 196 Əlaqə Mərkəzi və bankın sosial media səhifələri üzrə müraciət edə bilərsiniz.