Rusiyanın Blaqoveşensk şəhərində 50 yaşlı kişi oğlunun yol hərəkəti qaydalarını təkrarlanan şəkildə pozmasına etiraz əlaməti olaraq onun avtomobilini yandırıb.
Hadisə zamanı ata maşını planlaşdırdığı yanğın məkanına sürüb, paltarını dəyişərək avtomobilə od vurduğu bildirilir. Olay yerinə gələn hüquq-mühafizə orqanları şəxsi saxlayıblar.
Axtarış zamanı atanın yanğını törədərkən istifadə etdiyi paltar aşkarlanıb. Rəsmilər yandırılmış avtomobili və həmin əşyaları maddi sübut qismində götürüblər.
İstintaqın davam etdiyi və əlavə tədbirlərin görüldüyü bildirilib.