Bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil vəfat edib.

Pərvin sosial şəbəkədə həyat yoldaşı üçün duyğusal sözlər yazaraq onun yoxluğunu hiss etdiyini bildirib və ailəni qorumağa çalışacağını vurğulayıb.

"Mənim quru nəfəsim sənə qurban, Emin! Canlı ölü olsam da, balalarımız üçün ayaqda durmalıyam! Sənin qədər güclü ola bilməsəm də, var gücümlə onları böyütməliyəm! Sən mənim evimin işığı, dirəyidin! Qaranlıqda qalmışam. Hər yerdə nəfəsin var, gəlməyən nəfəsinə yarımçıq canım qurban! Artıq ölümdən qorxmuram! Rahat yat Eminim, qoyub getdiyin hər bir şeyi gözüm kimi qoruyacağam. Dua etməkdən başqa əlimdən bir şey gəlmir... Sən mənim ürəyimsən!" deyə o, yazıb.

Məlumatda qeyd olunur ki, Emin Səfiyarov aparıcı Turan İbrahimovun bacanağıdır. Onun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhərində yerləşən M.Xəzani adına musiqi təmayüllü orta internat məktəbinə rəhbərlik edir.

Pərvinin bacısı, keçmiş vizajist Nərmin İbrahimova bildirib ki, Emin bir müddət əvvəl ağır yol qəzası keçirib və bu hadisə onun sağlamlığına ciddi təsir göstərib. Mətnə görə, Emin Pərvinin ad günündə ürəyi dayanıb.