Böyük Qayıdış proqramına ilk altı ayda 1 milyard manatdan çox vəsait ayrılıb
İlin ilk yarısında Böyük Qayıdış I Dövlət Proqramı çərçivəsində 340 layihə həyata keçirilib və layihələrin maliyyələşdirilməsinə 1 milyard 64,1 milyon manat yönəldilib.
1 dəq oxunuşMənbə: Yeni Sabah
Bu ilin ilk altı ayında Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 340 layihənin icrası həyata keçirilib.
Hesabat dövrünə aid məlumatlara görə, bu layihələrin maliyyələşdirilməsi üçün ümumilikdə 1 milyard 64,1 milyon manat vəsait ayrılıb.
Ayrılan məbləğ proqram çərçivəsində nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə sərf olunub.