Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlaşdığı bildirilir.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakılardır:

1. Bakı–Sumqayıt şosesi, “Xırdalan” dairəsi tərəfi;

2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqaməti;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospektinə doğru;

4. Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyasından Binəqədi qəsəbəsinə doğru;

5. Atatürk prospekti, Ziya Bünyadov prospektinə yönələn hissə;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası tərəfi;

7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqaməti;

8. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti tərəfi;

9. Xətai prospekti, Heydər Əliyev prospektinə doğru;

10. Babək prospekti, şəhər mərkəzinə doğru;

11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqaməti;

12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi kəsişməsinə qədər;

13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi kəsişməsinə qədər;

14. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından Azneft dairəsinə doğru;

15. Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

16. Niyazi küçəsi, Azneft dairəsi tərəfi;

17. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının önündən Mərkəzi Bank istiqaməti;

18. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı tərəfi.

Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur və vəziyyətlə bağlı məlumatlar izlənilməyə davam edir.