Braziliyalı aktrisa Laura Kardozu avqustun 18-nə keçən gecə San-Pauluda 98 yaşında vəfat edib.

Sənətçinin ailə üzvləri bu xəbəri sosial şəbəkə hesablarında paylaşaraq vəfatını təsdiqləyiblər.

Kardozunun karyerası radio, televiziya, teatr və kinonu əhatə edib və 80 ildən çox davam edib. O, Braziliya dramaturgiyasının tanınmış simalarından biri kimi qəbul olunurdu.

Peşə fəaliyyətinə 15 yaşında Braziliya radiosunda başlayıb, daha sonra televiziya layihələrində iştirak edib. Həyatı boyunca onlarla serial, film və səhnə əsərində müxtəlif obrazlar ifa edib.

Tamaşaçılar onu xüsusilə "Tropikankanın sirri" seriyasında əsas qəhrəmanların — Rut və Rakel-in anası rolunda, həmçinin "İstiotlu şokolad" və "Hindistan yolları" kimi məşhur teleseriallardakı çıxışları ilə yaxşı tanıyırdılar.

Qeyd olunur ki, aktrisa sonuncu dəfə ekranlarda 2019-cu ildə görünmüşdü.