Bu ilin ilk yeddi ayında pensiya ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 4 milyard 568 milyon manat səviyyəsində icra edilib. Artım məbləği 426 milyon manatdır.

Cari ilin başlanğıcından pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 avqust 2026-cı il tarixinə görə pensiyaların orta aylıq məbləği keçən ilin analoji dövrünə nisbətən 10 faiz yüksələrək 595 manata çatıb.

Yaza görə orta aylıq pensiyanın məbləği isə 633 manat təşkil edir.

Yanvar-iyul ayları ərzində 25 min, elektron pensiya təyinatı sistemi vasitəsilə isə 2019-cu ilin başlanğıcından indiyədək 203 min pensiya proaktiv şəkildə e-sistem üzərindən müəyyən edilib.