Bir müddət əvvəl həbs edilən “By Ella” ləqəbli bloqer Lalə Məmmədova azadlığa buraxılıb.

Barəsində qaldırılan ittihamlar üzrə təqsiri sübuta yetirilmədiyi üçün ona qarşı aparılan cinayət işi dayandırılıb və nəticədə sərbəst buraxılma qərarı verilib.

Xatırladaq ki, Lalə Məmmədova iyulun sonunda hava limanında saxlanılıb və məhkəmə qarşısına çıxarılmışdı. Sonradan Səbail Rayon Məhkəməsində keçirilən iclas zamanı onun barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Həmin prosesdə ona Cinayət Məcəlləsinin 206.2-ci maddəsi — qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi — ilə ittiham irəli sürülmüşdü.