"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala avqustun 15-də və daha sonra keçirilən yoxlama oyununda baş verən huşsuzluq hallarının səbəbini açıqlayıb.

Alman futbolçunun açıqlamasında bildirilib ki, “Haydenhaym”lə yoldaşlıq matçında huşunu itirdikdən sonra tibbi müayinə aparılıb. Musiala həmçinin avqustun 15-də "Leypziq"lə (3:1) oyun zamanı da huşunu itirdiyini xatırladıb.

Futbolçu öz sosial şəbəkə hesabında yazıb ki, ona nevroloji disfunksiyadan qaynaqlanan, müalicəsi asan qısamüddətli və müvəqqəti huşsuzluq epizodları diaqnozu qoyulub. Musiala vəziyyətin ilk baxışda narahatlıq doğura biləcəyini etiraf edib, amma bildirib ki, bu onun üçün hazırda gündəlik həyatın bir hissəsidir.

O, lazımi tibbi yardımı aldığını və nikbin olduğunu vurğulayıb. Musiala əlavə riskin olmadığını və özünü yaxşı hiss etdiyini qeyd edib.

Futbolçu həmçinin komandasıyla birlikdə çalışmaq və azarkeşlərin dəstəyi sayəsində yenə qələbələrə və titullara doğru irəliləmək istədiyini bildirib.