Hollivud aktyoru Ceki Çan Bakıda başa çatan çəkilişlərdən sonra ölkə ilə bağlı paylaşımını davam etdirir.
Aktyor öz sosial şəbəkə hesabında ona təqdim edilmiş nərd taxtasının foto və videolarını yayımlayıb. Materiallarda Ceki Çanın taxtanı açarkən təəccüblə reaksiya verdiyi görünür.
Xatırladaq ki, Ceki Çanın baş rolda çıxış etdiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda çəkilib və bu səbəbdən aktyorun paylaşımları yerli ictimaiyyətin diqqətini çəkir.