Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib. İlkin məlumata görə, Cəlilabad şəhər sakini, 1973-cü il təvəllüdlü Sakit Abdinov idarə etdiyi "VAZ 2107" markalı avtomobildə hərəkət edərkən qəflətən ürəyi tutulub.

Nəticədə avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb və sürücü hadisə yerində ölüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.