Cəlilabad rayonunun Gülməmmədli kəndində minik avtomobilinin alışması ilə bağlı hadisə qeydə alınıb.
Kənd sakini Mehman Nəsirova məxsus VAZ 2105 markalı avtomobil qəfildən alovlanıb və qısa müddətdə yanğın baş verib.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, lakin nəqliyyat vasitəsi tamamilə yanaraq istifadə olunmaz hala düşüb.
Yanğında heç kəs xəsarət almayıb. Hadisə ilə bağlı araşdırma aparılır.