Cəlilabad rayonunda minik avtomobili yanaraq zərər görüb.

Hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb. Kənd sakini Mehman Nəsirova məxsus VAZ-2105 markalı avtomobil qəflətən alışaraq yanmağa başlayıb.

Hadisəyə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi çıxarılıb. Müdaxiləyə baxmayaraq, nəqliyyat vasitəsi tamamilə yanıb.

Hadisə nəticəsində heç kim xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.