Lənkəran Regional Qaz İstismarı İdarəsi xəbər verir ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar Cəlilabad rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti kəsinti olacaq.

İdarənin məlumatına görə, kəsinti sabah saat 10:00-dan başlayacaq və işlər başa çatanadək davam edəcək. Tədbir çərçivəsində Cəlilabad şəhərinin Cavadxan, Ə.Cavad, Səttərxan-3 və N.Tusi küçələri ilə birlikdə Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Əhalidən və təsərrüfat subyektlərindən görülən işlərin müddətində mümkün narahatlıqlara görə anlayışla yanaşmaları xahiş olunur.