Cəlilabad rayonunun 30 yaşayış məntəqəsində 24 avqust tarixində elektrik təchizatında fasilələr olacaq.
Fasilələrin səbəbi yararsız naqillərin yenilənməsi işləridir.
Planlaşdırılmış işlər çərçivəsində saat 10:00-dan 13:00-dək rayonda 2 280 abonentin elektrik enerjisi təminatında məhdudiyyət yaranacaq. Bu qrupda Kövüzbulaq, Zəhmətabad, Musalı, Ləkin, Əsədli, Şatırlı, Badamağac və Buravar kəndləri yer alır.
Həmin gün saat 15:00-dan 17:00-dək isə 9 755 abonentə elektrik verilişində fasilə olacaq. Bu siyahıda Göytəpə şəhəri və Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Hacıcavadlı, Çünzəli, Soyuqbulaq, Vənlik, Güneyli, Darlıq, Ağbulaq, Axtaxana, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Bəcirəvan, Şıxlar, Həziabad və Alaşar kəndləri daxil edilib.
Yenilənmə işləri başa çatdıqdan sonra enerji təchizatının bərpa ediləcəyi bildirilib.