Cəlilabad rayonunda bir sıra yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti kəsinti tətbiq olunacaq.

Bu məhdudiyyət payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

Məlumata görə, 17 avqust saat 10:00-dan işlər başa çatanadək Cəlilabad şəhərində Cavadxan, Ə.Cavad, Səttərxan-3 və N. Tusi küçələrinin, həmçinin Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında fasilə olacaq.

Sakinlərə mümkün narahatçılıqlar barədə xəbərdarlıq edilir və işlərin tamamlanması ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.