Çili Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini əsas gətirərək Tehrandakı səfirliyinin fəaliyyətini 31 avqustdan etibarən dayandıracağını açıqlayıb.
Nazirliyin bildirməsinə görə, bu qərar diplomatların təhlükəsizliyinin təmin olunması və mövcud resursların daha səmərəli paylanması məqsədilə qabaqlayıcı tədbir xarakteri daşıyır.
Hökumət vurğulayıb ki, səfirliyin müvəqqəti bağlanması İranla diplomatik münasibətlərin dayandırılması demək deyil. Bundan sonra İranda yaşayan Çili vətəndaşları və digər konsulluq məsələləri Türkiyənin paytaxtı Ankaradakı Çili nümayəndəliyi vasitəsilə həll olunacaq.
Qeyd edilir ki, Çili daha əvvəl, 2025-ci ildə İsrail və İran arasında gərginlik fonunda Tehrandakı diplomatik heyətini təxliyə etmiş və səfirlik fəaliyyətini müvəqqəti dayandırmışdı.