Daşkənddə Azərbaycan və Özbəkistan münasibətlərinin strateji əhəmiyyətini əks etdirən sənəd imzalanıb.

Sənəd prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində keçirilən üçüncü Ali Dövlətlərarası Şura iclasında qəbul edilib. İclasın sonunda bir sıra konkret istiqamətləri əhatə edən qərarlar təsdiqlənib.

Qətnamələrdən birində iki ölkə arasındakı siyasi dialoqun daha da dərinləşdirilməsi prioritet kimi müəyyənləşdirilib. Digər qərarlar müxtəlif əməkdaşlıq sahələrinin inkişafına yönələn tədbirləri nəzərdə tutur.