Dünya üzrə davam edən bahalaşma prosesləri Azərbaycanda idxaldan asılılığı azaltmaq istiqamətində addımların daha da sürətləndirilməsinin vacibliyini önə çıxarır. İqtisadçı Natiq Cəfərli bakıvaxtı.az-a verdiyi açıqlamada bu fikri səsləndirib. O, tətbəsilən logistika xərclərinin artması, enerji daşıyıcılarının qiymətinin yüksəlməsi və istehsal xərclərinin artması nəticəsində idxal inflyasiyasının ölkəyə daxil olmaqda davam edəcəyini bildirib.

Onun sözlərinə görə, idxaldan asılı olduğumuz məhsullarda gələcəkdə qiymət artımı riskini proqnozlaşdırmaq çətindir, çünki bu amillər birbaşa Azərbaycandan asılı deyil. Həlli yolu yerli istehsalın artırılmasıdır. Cəfərli illərdir bu istiqamətdə danışıldığını qeyd etsə də, yerli istehsalda kifayət qədər, qənaətbəxş artım olmadığını bildirib. Nəticədə dünyadakı prosesləri nəzərə alaraq dekabr ayından etibarən idxal məhsullarının qiymətlərində artımın sürətlənə biləcəyi ehtimalını vurğulayıb.