Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi avtomobil mühərrik yağlarının satın alınması ilə bağlı tədbir həyata keçirib.
Satınalma çərçivəsində LUBRİSTAR LLC ilə müqavilə bağlanıb. Tərəflər arasındakı müqavilənin ümumi məbləği 2 milyon 405 min 28,8 manat təşkil edir.
Qeyd edilib ki, LUBRİSTAR LLC 2011-ci ildə təsis olunub və şirkətin nizamnamə kapitalı 50 manatdır.