Azərbaycanda bir neçə nazirlikdə vakant iş yerləri üçün elanlar verilib. Təklif olunan əməkhaqqının 3 700 manatdan çox olduğu bildirilir.
Vakansiyalar üzrə nazirliklər və boş yerlərin sayı belədir:
Mədəniyyət Nazirliyi — 1 vəzifə üzrə 1 boş yer.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — 2 vəzifə üzrə 2 boş yer.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — 7 vəzifə üzrə 7 boş yer.
Energetika Nazirliyi — 2 vəzifə üzrə 2 boş yer.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi — 3 vəzifə üzrə 3 boş yer.
Gənclər və İdman Nazirliyi — 11 vəzifə üzrə 11 boş yer.
Müdafiə Sənayesi Nazirliyi — 3 vəzifə üzrə 3 boş yer.
İş axtaranlar üçün konkret müraciət şərtləri və prosedurlar hər bir nazirliyin müvafiq strukturu tərəfindən müəyyən olunur.