Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən aşağıdakı şəxslərə ali hərbi rütbələr təyin edilib:

“general-leytenant” rütbəsi: general-mayor Babək Mürsəl oğlu Ələkbərova, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova, general-mayor Faiq Həmzəağa oğlu Məmmədova.

“general-mayor” rütbəsi: polkovnik Elfan Şakir oğlu Quliyev.

Sərəncamın icrası müvafiq dövlət orqanlarının səlahiyyətlərinə uyğun həyata keçiriləcək.