İmişli rayonunda yük avtomobilinin təkərinə hava vurulması zamanı hava balonunun partlaması nəticəsində xəsarət alan şəxslərin son durumu məlum olub.
Hadisə nəticəsində 1995-ci il təvəllüdlü kişi ötən gün saat 16:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib və hospitalizasiya edilib.
Pasiyentə gicgah sümüyünün köndələn sınığı və kəllə əsası sümüyünün sınığı diaqnozları qoyulub, zəruri tibbi yardım göstərildikdən sonra vəziyyətinin ağır qiymətləndirilməsi səbəbindən ixtisaslı tibbi xidmət üçün Respublika Klinik Xəstəxanasına təxliyə edilib.
Qeyd edilir ki, hadisə zamanı ümumilikdə 2 nəfər ağır xəsarət alıb; partlayış yük avtomobilinin "Man" markalı təkəri üzərində hava vurulması prosesində baş verib.