Dövlət Turizm Agentliyində rəhbərliyin tərkibində dəyişiklik edilib və yeni müşavir təyin olunub.

Agentlik sədrinin sərəncamı ilə Nigar Cəbrayılova sədrin müşaviri vəzifəsinə gətirilib. Sərəncam Agentliyin rəhbəri Fuad Nağıyev tərəfindən imzalanıb.

Qeyd olunur ki, Nigar Cəbrayılova bu təyinatdan əvvəl sədrin köməkçisi kimi fəaliyyət göstərib.