Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bu payız üçün Rusiyaya qarşı 2022-ci ildən bəri ən genişmiqyaslı sanksiya paketinin hazırlandığını açıqlayıb və sanksiya siyahısına düşəcək Rusiya vətəndaşları və təşkilatlarının sayının təxminən 30 faiz artırılacağını bildirmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kallası tənqid edərək, onu sovet cizgi filmi personajı Şapoklyakla müqayisə edib. Zaxarova söyləyib ki, Kallasın sanksiyaların nəticə vermədiyini anlamaması suallar doğurur.
"Axı niyə xanım Kallasa hələ də çatmır ki, bunun Rusiyaya qarşı çoxdan işləmədiyini? Heç cür! Bunu başa düşməsinə nə mane olur? Və biz ona bu məsələdə hansısa şəkildə kömək edə bilərikmi?" – deyə Zaxarova bildirib.
O, Kallasın mövqeyini həmçinin Şapoklyakın məşhur ifadəsi ilə əlaqələndirib: "İnsanlara kim kömək edirsə, vaxtını boşuna sərf edir – yaxşı əməllərlə şöhrət qazanmaq olmaz".
Zaxarova daha əvvəl də Kallasa dair açıqlamaları sərt tonda tənqid etdiyini vurğulayıb.