“Neftçi” komandası heyətini yeni futbolçu ilə gücləndirib. Klubun mətbuat xidməti məlumatına görə, serbiyalı hücumameylli yarımmüdafiəçi Draqolyub Saviçlə 2+1 illik müqavilə imzalanıb.
25 yaşlı oyunçu ilə bu gün — 2026-cı il avqustun 18-də rəsmi sözləşmə bağlanıb. Saviç əsasən sol vinger mövqeyində çıxış edir.
Futbolçu karyerası ərzində Serbiya, Avstriya və Latviya klublarında oynamışdır. RFS komandası ilə Saviç Latviya çempionatını 2023 və 2024-cü illərdə, həmçinin Latviya kubokunu 2024-cü ildə qazanıb.
Draqolyub Saviçin sonuncu klubu TSC olub. Ötən mövsümdə o, Serbiya Superliqası və kubok yarışlarında 36 matçda meydana çıxaraq 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
2026/2027 mövsümündə Saviç Serbiya çempionatının ilk 3 turunda hər oyunda komandasının formasını geyinib və həmin görüşlərdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.