“JPMorgan” bankının baş iqtisadçısı Nora Szentivanyiinin rəhbərliyi ilə hazırlanmış hesabatda 2027-ci ildə qlobal ərzaq inflyasiyasının əhəmiyyətli dərəcədə yüksələcəyi göstərilir.
Sənəddə 2026-cı ilin birinci yarısındakı 2,8% səviyyəsindən 2027-ci ilin eyni dövründə inflyasiyanın 5%-ə çatacağı proqnozlaşdırılır.
Hesabatda gübrə tədarükündəki problemlər, enerji qiymətlərinin bahalaşması və əlverişsiz hava şəraiti kimi amillərin 2027-ci ildən etibarən ərzaq bazarında ciddi çətinliklər yarada biləcəyi vurğulanır.
Quraqlıqdan birbaşa zərər görəcəyi ehtimal olunan bölgələr kimi Asiya, Afrika və Latın Amerikası ölkələri qeyd olunur; bu ölkələrdə ailə büdcəsində qidaya çəkilən payın yüksək olması riski artırır.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli açıqlama verib. O bildirib ki, adıçəkilən risklər reallaşdığı halda Azərbaycana da təsir göstərə bilər. Hazırda ölkədə ərzaq inflyasiyası 7,2% təşkil edir və daxili qiymətlər idxal inflyasiyasına qarşı yüksək həssasdır.