ABŞ-də fəaliyyət göstərən Berkeley Earth qeyri-kommersiya təşkilatının aylıq analizində 2026-cı ilin meteoroloji müşahidələr tarixində ən isti il olması ehtimalı yüksək qiymətləndirilib.
Təşkilatın hesabatına görə, il ərzində temperatur ən isti il kimi qeydə düşmə şansı təxminən 69% qiymətləndirilir. Cari ilin ikinci ən isti il olması ehtimalı isə 30% təşkil edir.
Hesabatda bildirilir ki, 2026-cı ilin iyul ayı ümumilikdə ən isti ay olub. Yer kürəsi səthinin təxminən 8.5%-də yeni yerli temperatur rekordları qeydə alınıb. Bu ərazilərə Aralıq dəniz hövzəsi, Cənubi Avropa, Rusiya Federasiyasının qərb hissəsi, Sibir və Mərkəzi Asiya daxildir.
Ümumilikdə iyul ayında 32 ölkədə yeni aylıq temperatur rekordları yenilənib. Avqustun 10-da yayılan məlumatlarda isə Böyük Britaniya və Fransanın beşinci anomal isti dalğasına hazırlaşdığı vurğulanıb.
Avropada mayın sonlarından başlayan anomal istilər tədricən davam edib və zamanla pik həddinə çatıb. Yerli və milli hakimiyyət orqanları müxtəlif tədbirlər görsələr də, hava şəraiti və istilik dalğaları əhali və infrastruktur üçün ciddi zərər riskini saxlayır.