Türkiyənin Elazığ şəhərində yaşayan 41 yaşlı Aysun Alpsoy iş yeri ilə bağlı baş verən insident nəticəsində burnunu sındırdığını bildirir.
Alpsoy son dörd il ərzində nasal problemlərinin aradan qaldırılması məqsədilə plastik cərrah Dr. İ.B.-yə müraciət edib. İddiaya görə, həmin dövrdə üç əməliyyat həkimin öz klinikasında, sonuncu isə Elazığ Medikal Hospitalda ümumi anesteziya altında həyata keçirilib.
Qadın əməliyyatlardan sonra burnunda yanıq və tikiş izləri, cırılma, qığırdaqın əriməsi və forma pozuntusunun meydana çıxdığını, burun dəliklərinin isə biri-birinə nisbətən qeyri-bərabər olduğunu bildirib.
Alpsoy həmçinin müxtəlif əməliyyatlar üçün həkimə bir neçə dəfə həm qızıl, həm də pul verdiyini, lakin əldə olunan nəticədən narazı qaldığını və həkimə etibarını itirdiyini vurğulayıb.
O, vəziyyətin sosial həyatına mənfi təsir etdiyini qeyd edərək: “İnsanlar üzümə baxanda utanıb üzümü çevirirəm. Özümü çox pis hiss edirəm. Mən sözün əsl mənasında həyatdan qopmuşam”, deyə bildirib.
Mənbədə bildirilir ki, Alpsoy burnunun düzəldilməsi üçün başqa həkimlərin də müalicəni üzərlərinə götürməkdən imtina etdiyini, ödədiyi məbləğin geri qaytarılmasını və başqa bir həkimə müraciət etmək istədiyini, lakin bunun mümkün olmadığını əlavə edib.
Bunun ardınca qadın hüquqi yollara əl ataraq plastik cərrahdan şikayətçi olub və məhkəməyə müraciət edib.
Hadisənin ilkin səbəbi kimi Alpsoyun işlədiyi baxım mərkəzində bir xəstənin qəfil zərbəsi nəticəsində burnunun sındığı göstərilir.