Türkiyənin Elazığ şəhərinin Meşəli kəndində baş verən hadisədə 61 yaşlı M.K. həyat yoldaşını öldürüb.

Hadisədən iki gün əvvəl xırdabuynuzlu heyvanların saxlandığı tövləyə canavarların girdiyi müşahidə edilib. Bu səbəbdən M.K. gecə növbəsi çəkərək ov tüfəngi ilə növbətçilik edirmiş.

Gecə saatlarında tövlədən səs gəlməsi üzərinə kişi qaranlıqda səsin olduğu istiqamətə atəş açıb, daha sonra tövləyə daxil olan M.K. 51 yaşlı həyat yoldaşı Hasret Kuşu'nu qan içində tapıb.

Təcili tibbi yardım əməkdaşları qadının hadisə yerində öldüyünü təsdiqləyiblər. Meyit ekspertizaya göndərilərək Fırat Universiteti Xəstəxanasının morquna aparılıb.

M.K. jandarma tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.