Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus ilə görüşüb.
Görüşdə regional hadisələrə dair məsələlər və Litva ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə edilib.
Səfir görüşə dair paylaşımında “Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla yaxşı görüşümüz keçdi. Regional hadisələr və Litva ilə Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolları ətrafında səmimi və məzmunlu fikir mübadiləsi aparıldı” ifadələrini işlədib.
Həmçinin diplomat görüşü “yay fasiləsindən sonra yeni mövsümün yaxşı başlanğıcı” kimi xarakterizə edib.