Elçin Quliyev polkovnik Firdovsi Umudovu “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif edib.
Firdovsi Umudov Azərbaycan güləşində geniş tanınan şəxslərdən biridir. O, Əməkdar bədən tərbiyəsi və idman xadimi adını daşıyır və “Şöhrət” ordeni ilə təltif olunub.
Hazırda Umudov Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti və “Sərhədçi” İdman Mərkəzinin idman bölməsinin rəhbəridir. Həmçinin o, Azərbaycan Güləş Federasiyasının Etika və İntizam Komitəsinin üzvü kimi fəaliyyət göstərir.