Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularına və mülki işçilərinə ödənən aylıq vəzifə (tarif) maaşları, eləcə də hərbi rütbələrə görə müəyyən edilən məbləğlər yenilənmiş redaksiyada təsdiq edilib.

Qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb. Sənədə əsasən, Agentliyin rəhbərliyinə aid olanlar istisna olmaqla, hərbi qulluqçular və dövlət qulluqçusu olmayan mülki işçilər üçün maaşların məbləğləri dəyişdirilib.

Maliyyə Nazirliyinə qərarın icrası üçün tələb olunan vəsaitin təmin edilməsinə nəzarət etmək və ödənilməsini təmin etmək tapşırılıb.