Abşeron rayonunda fəaliyyət göstərən vəkil bürosunun əməkdaşı Elşad Məmmədov saxlanılıb.
Ona dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
Saxlanma və istintaq tədbirləri vətəndaşların şikayətləri əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.
Nərimanov Rayon Məhkəməsi Elşad Məmmədovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri tətbiq edilməsi barədə qərar verib.