“Qarabağ”ın cinah müdafiəçisi Elvin Cəfərquliyev iki həftə qədər yarışlardan kənarda qalacaq.
Futbolçunun zədələnməsi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə cavab oyununda baş verib. Tibbi müayinələr nəticəsində onun ayağının arxa əzələsində vətərin qismən yırtığı müəyyən edilib.
Klubdan verilən məlumata görə, Cəfərquliyevin bərpa müddəti təxminən iki həftədir və onun müalicə ilə reabilitasiyası "Qarabağ"ın tibbi heyətinin nəzarətində davam edir.
Qeyd edək ki, komanda iki oyun üzrə hesab (0:1, 2:0) nəticəsinə əsasən "Dinamo"nu mərhələdən kənarlaşdırıb.
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Tvente" ilə ilk oyunu avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək. Cavab qarşılaşması avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.