Qarabağın futbolçusu Elvin Cəfərquliyev bu həftələrdə klubun əsas heyətindən kənarda qalacaq.

Klubun açıqlamasına görə, müdafiəçi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə keçirilən cavab qarşılaşması zamanı zədə alıb.

Tibbi müayinələr nəticəsində onun ayağının arxa əzələsində tendonda qismən yırtıq aşkar edilib. Bərpa müddətinin təxminən iki həftə davam edəcəyi bildirilib.

Elvin Cəfərquliyevin müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.